• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni ilin ilk gecəsi dava - İçkili şəxs polisin poqonunu cırdı

Yeni ilin ilk gecəsi  dava - İçkili şəxs polisin poqonunu cırdı
03.01.2022 18:00
Bakıda 23 yaşlı Gürcüstan Respublikasının vətəndaşı Nadir Əfəndiyev (şərti ad red.) polisin poqonunu cırıb.

Hadisə bu ilin ilk günündə - 2022-ci ilin yanvarın 1-də baş verib.

Həmin tarixdə 3-cü mikrorayon dairəsində yerləşən "Dəli Kür” kafesinin qarşısında, gecə saat 2 radələrində içkili vəziyyətdə olan Nadir söyüş söyərək nalayiq ifadələr işlədib.

Onun söyüş söyməsinə səbəb isə kafedən çıxarkən dostlarından biri ilə mübahisə etməsi olub.

Bundan sonra sahə inspektoru da daxil olmaqla bir neçə polis əməkdaşı həmin şəxsə yaxınlaşıb, qanuni tələblərini səsləndiriblər ki, ictimai qaydalara əməl etsin.  

Nadir daha da aqressivləşərək polis əməkdaşları ilə əlbəyəxa olub. Əlbəyaxa zamanı polis əməkdaşlarından birinin poqonunu cırıb və təhqirlər səsləndirib.

Polis əməkdaşları həmin şəxsi polis idarəsinə aparmağa nail olublar.

Polis idarəsində təqsirləndirilən şəxs əməlindən peşman olduğu bildirilir. 

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib.

Məhkəmənin qərarı ilə onun barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilib. (oxu.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol