• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır

Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır
15.02.2022 10:51
Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Ermənistan işğalından azad edilən ərazilərdə digər obyektlərlə yanaşı səhiyyə sistemi infrastrukturunun tam dağılıb və ya yararsız vəziyyətə gətirildiyindən əhalinin tibbi yardımla təmin olunması üçün müvafiq infrastrukturun yaradılmasının mərhələli şəkildə aparılması nəzərdə tutulur.
 
"Azərbaycanın işğaldan azad edilən şəhər və rayonlarında səhiyyə xidmətlərinin təşkili istiqamətində işlər aparılır. Əhaliyə göstəriləcək səhiyyə xidmətinin günün tələbləri səviyyəsində təşkil olunması məqsədilə hər bir rayon mərkəzində və Şuşada Rayon Mərkəzi Xəstəxanaları və digər səhiyyə müəssisələri üçün yeni binaların tikintisi nəzərdə tutulur.

"İlkin olaraq Şuşada tikiləcək 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının müsabiqədə bəyənilmiş eskiz layihəsi əsasında 8 noyabr 2021-ci il tarixdə ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən təməlqoyma mərasimi keçirilib. Hazırda 90 çarpayılıq Şuşa və 150 çarpayılq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarının işçi layihələri hazırlanır.

Fevralın 13-də isə Ağdam şəhərində 210 çarpayılıq Ağdam Rayon Mərkəzi xəstəxanasının təməlqoyma mərasimi keçirilib. Əhalinin qayıtdığı şəhər və kəndlərdə ailə həkimi məntəqələri və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması da nəzərdə tutulur", - Səhiyyə Nazirliyindən bildirilib. (report.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol