• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunda Xocalı soyqırımının qurbanları anılıb - FOTOLAR

Yasamal rayonunda Xocalı soyqırımının qurbanları anılıb - FOTOLAR
26.02.2022 17:37

Xocalı soyqırımının 30-cu ildönümü Yasamal rayon ictimaiyyəti tərəfindən geniş şəkildə qeyd edilir. Bununla əlaqədar Yasamal rayonundakı 20 nömrəli məktəb-liseydə anım mərasimi keçirilib. Mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, qazilər, şəhid ailələri və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Xocalı soyqırımına həsr erdilmiş bədii kompozisiya nümayiş etdirildi. 20 nömrəli məktəb-liseyin şagirdləri tərəfindən səhnələşdirilən kompozisiya ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımını canlandırdı. Səhnələşdirilən kompozisiya habelə 2020-ci ilin Vətən müharibəsində Azərbaycan ordusunun erməni işğalçılarından qisas aldığını da təsvir etdi.

Anım mərasiminin sonunda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələri və qazilərlə söhbət etdi, onların qayğıları ilə maraqlandı.
 






































www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol