• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkə Ukraynanı tərk etmək istəyən azərbaycanlıları qəbul edəcək

Bu ölkə Ukraynanı tərk etmək istəyən azərbaycanlıları qəbul edəcək
26.02.2022 23:44
Macarıstan yaranmış vəziyyətlə əlaqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Sərhəd ərazisinə yaxın bölgələrdə yerləşən və ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Macarıstana gedə bilər:

- Ukrayna Macarıstan arasındakı Barabas, Beregsuranyi, Lonyai, Tiszetbecsi və Zahony sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstana daxil olmaq mümkündür.

- Macarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarına sərhəd-keçid məntəqələrində rüsumsuz 15 günlük viza rəsmiləşdirəcəkdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.

- Macarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Bir müddət əvvəl Moldova Respublikası, Polşa Respublikası və Slovakiya Respublikası da azərbaycanlıları qəbul edə biləcəyini deyib.
 
Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla 500-ə yaxın Azərbaycan vətəndaşı Moldova ərazisinə daxil olub. Vətəndaşlardan 50 nəfər Rumıniya ərazisindən hava yolu ilə Azərbaycana geri dönüb.

Ukraynanın Polşa ilə olan sərhəd-keçid məntəqələrindən quru yolla Polşa Respublikasının ərazisinə 190 azərbaycanlı keçib.

Yaranmış suallarla bağlı vətəndaşlar Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi ilə +36300901033 (telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə zənglər üçün) və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Ukraynadakı vəziyyət ilə əlaqədar vətəndaşların təxliyə olunması üçün Macarıstanın Daxili İşlər Nazirliyinin Əməliyyat Mərkəzi ilə +36 1 4411960 telefon nömrəsi və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlanıla bilər.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol