• $
  • €
  • ₽
  • ₺
  • £

Bəs “McDonald's” siyasətə qarışmırdı?

Bəs “McDonald's” siyasətə qarışmırdı?
09.03.2022 22:30
"McDonald's” İkinci Qarabağ Müharibəsi zamanı ANCA (Amerikanın Erməni Milli Komitəsi – red.) erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını öz sosial media səhifəsindən silmişdi. O zaman "McDonalds” bunu siyasətə qarışmamaqları ilə izah etmişdi, bu fikirləri sosial şəbəkə hesabında Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Ukraynadakı hadisələrlə bağlı "McDonald's” şirkətinin Rusiyada 850 restoranın bağlanılması barədə qərarına münasibət bildirərkən qeyd edib.

"McDonald's” şirkəti Ukraynaya təcavüzlə bağlı Rusiyanı boykot edərək, bu ölkədə olan 850 restoranını bağlayıb. Anlaşılandır.

Amma həmin "McDonald's” Vətən Müharibəsi zamanı ANCA (Amerikanın Erməni Milli Komitəsi – red.) erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını öz sosial media səhifəsindən silmişdi.
Bununla bağlı ciddi etirazlar olmuşdu. O zaman "McDonald's” bunu siyasətə qarışmamaqları ilə izah etmişdi.

Yəni, o zaman bu şirkət, həmçinin də onları dəstəkləyən bəziləri Azərbaycanın suverenliyi məsələsini, bizim üçün milli qurur, milli maraq, beynəlxalq hüquq məsələsini "franşiza-françayzinq" səviyyəsinə, "siyasətə qarışmırıq” səviyyəsinə endirmişdilər”, - Osman Gündüz qeyd edib.
O bildirib ki, indi bu şirkət digər bir ölkənin suverenliyi və ərazi bütövlüyünə olan təcavüzlə bağlı bir anda 850 restoranı Rusiyada bağlayıb.

 "Necə olur ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edənlərə qarşı apardığımız ədalətli müharibədə bu tip addımlar "siyasətə qarışmaq” hesab olunur, amma digər ölkədə bu "təcavüzə etiraz” olur?
Bunun çox sadə bir adı var, yumşaq formada buna ikili standart deyirlər.
Bir qədər sərt formada olanı isə, ümid edirəm hamı bilir ki bu tip yanaşmanı necə adlandırırlar, burda yazmağı məqsədəuyğun hesab etmirəm.

Təəssüf edirəm ki, o zaman ciddi ictimai etirazlar, boykot çağırışları olsa da, bütün diqqət müharibəyə yönəldiyindən rəsmi qurumlarımız bu məsələdə çox da dərinə getmədilər.

Fikrimcə, dövlət üçün bu çox yanlış addım idi. Təkrarlanmaması üçün hökumət ciddi tədbirlər görməli idi.

O zaman da yazmışdım, indi də qeyd etməyi özümə borc hesab edirəm ki, normal ölkələr, özünə hörmət edən dövlətlər bu tip addımları bağışlamırlar”deyə ekspert bildirib.

Ekspert ümid edir ki, aidiyyəti qurumlar "McDonald's” və bu tip qurumların 44 günlük müharibə zamanı Azərbaycana qarşı etdiklərini unutmayıblar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol