Keçmiş məhkumun kirayə qaldığı evdən qumbara və heroin tapıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs saxlanılıb.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan külli miqdarda heroin, yarım kiloqrama yaxın tiryək və 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, F.Bayramov narkotik vasitələri sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacirdən onlayn yolla alıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























