• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Quliyevi polis niyə saxlayıb?-AÇIQLAMA

Şahbaz Quliyevi polis niyə saxlayıb?-AÇIQLAMA
01.04.2022 16:47
7 il erməni əsirliyində qalan Şahbaz Quliyev bu gün Prezident Admistrasiyasının qarşısında etiraz edib və ərazidə olan polis əməkdaşları tərəfindən ərazi üzrə polis bölməsinə aparılıb. 
 
O bildirib ki, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə dəfələrlə müraciət etməsinə baxmaraq ona nə veteranlıq,nə əlillik nə də pensiya təyin olunmur.
 
"Bir il yarımdır it zülmü çəkirəm. Bir balamı qoyub getmişəm. Bu gün hara müraciət etməyimə baxmayaraq mənə qulaq asan yoxdur. Nə Müdafiə nazirliyi, nə də digər qurumlar məni qəbul etmir. Səbəb odur ki, cənab Prezident dediyini heç kim etmir. Mənim işığımı, qazımı kəsirlər, niyə? Nə etmişəm? Erməniyə güllə atmışam ona görə? Mən 7 il Azərbaycanı gözləmişəm ki, cənab Prezident məni azad edəcək”.

Quliyevin sözlərinə görə işsiz qaldığı müddətdə ona  Dövlət Məşğulluq Agentliyindən süpürgəçi işləmək təklif edilib.

"Dedilər ki, "gəlin arvadlar süpürəcək, siz də lapetə yükləyəcəksiniz, yüngül işdir. Qolunuz qırıq olduğuna görə yüngül iş ancaq budur"".
 
Şahbaz Quliyevin saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev anews.az-a açıqlamasında bildirib ki, Şahbaz Quliyev saxlanılmayıb. O,müvafiq polis orqanına dəvət olunaraq dinlənilib. Onu narahat edən halların aiddiyatı orqana göndərilməsi təmin edilib. Barəsində hər hansı inzibatı icraat müəyyən olunmayıb. 
 
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini rəsmisi Tural Qurbanov Şahbaz Quliyevə niyə əlillik təyin olunmaması ilə bağlı isə deyib ki, bununlla bağlı ən qısa zamanda açıqlama veriləcək. 
 
Şahbaz Quliyev və həmkəndlisi Dilgəm Əsgərov 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.Dilqəm Əsgərov və Şahbaz Quliyev separatçı "DQR məhkəməsinə" çıxarılıb və Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə 22 il iş verilib. lakin 44 günlük Vətən Müharibəsindən sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və 2021 il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması prinsipi ilə hər iki əsir Azərbaycana təhvil verilib. 
 
Gülnar Nazimqızı
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox