• $
  • €
  • ₽
  • ₺
  • £

Qazinin xəbəri olmadan adına VÖEN açılıb, 58 min borcu var - VİDEO

Qazinin xəbəri olmadan adına VÖEN açılıb, 58 min borcu var - VİDEO
17.04.2022 10:00
Saatlı rayon sakini Yəhya Caxalovun adına xəbəri olmadan VÖEN açılıb.
Yeniavaz.com "xəzərxəbər"ə istinadla xəbər verir ki, vergi xidmətindən göndərilən məktubla isə külli miqdarda borcunun olduğunu öyrənib.

Zərdab rayonunda kirayədə qalan Yəhya Caxalov iddia edir ki, gələn məktublarda onun dövlətə 59 min manata yaxın borcunun olduğu qeyd edilib. O da məsələni araşdırdıqda şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında adına VÖEN açdırıldığını öyrənib:

"Getdim Saatlı rayonunun vergilər idarəsinə, orada dedilər ki, "bəli, 2022-ci ilin mart ayının 31-də adınıza VÖEN açılıb". O vaxta qədər mənim daıma VÖEN yox idi".

Hazırda sistemdə onun 58 min 751 manat borcunun olduğu görünür. Yəhya iddia edir ki, ona bu VÖEN əsasında 2021-ci ildə alqı-satqı işləri aparıldığı bildirilib. Özü ümumiyyətlə o işlərlə məğşul olmadığını və fəhlə işlədiyini deyir. Qeyd olunan tarixdə isə xəstəxanada müalicə alırmış.
Y. Caxalov bildirib ki, Vətən müharibəsində iştirak edib və yaralanıb.
 
Məsələ ilə baglı 5 saylı Ərazi Vergilər İdarəsindən bildirildi ki, Yəhya Caxalov Saatlı rayon vergi şöbəsinə rəsmi müraciət edib. Onun izahatı alınıb. Hazırda fakt araşdırılır. Əgər iddialar təsdiqini tapmasa, sözügedən borc silinəcək. Yəhya Caxalov isə hüquq- mühafizə orqanlarına müraciət edəcəyini deyir
.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol