• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Ələkbərov "LUKOYL"un rəhbərliyindən çıxıb

Vahid Ələkbərov "LUKOYL"un rəhbərliyindən çıxıb
21.04.2022 14:00
Rusiyanın "LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.
Bu barədə məlumatı TASS yayıb.
 
"Bu gün Direktorlar Şurasının sədrinə istefa ərizəsi ilə bağlı müraciət göndərib. Səhmlər onun tam nəzarəti altında deyil. Şirkətin səhmələrinin 3,12 faizi ona məxsusdur, onun səsvermə hüququ yoxdur", - şirkətdən bildirblər.
 
Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda, Bakıxanov qəsəbəsində (o vaxtkı Razin) anadan olub.
 
O, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. İqtisad elmləri doktorudur. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək "LUKOYL” şirkətinə prezidentlik edirdi. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol