• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslardakı monitorlarda "evdəqal" yazısı nə zaman yığışdırılacaq? - RƏSMİ

Avtobuslardakı monitorlarda "evdəqal" yazısı nə zaman yığışdırılacaq? - RƏSMİ
04.05.2022 13:35
Azərbaycanda pandemiya dövrü başa çatmaq üzrə olsa da bəzi avtobuslarda hələ də "evdə qal" yazısı qalıb.
 
"BakuBus” MMC-nin mətbuat katibi Qabil Babayev anews.az-a açıqlamasında bildirib ki, həmin yazıların avtobusdakı monitorlardan çıxarılması üzrə işlər gedir.
 
"Bu iş ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı qadağaların aradan qaldırılması çərçivəsində həyata keçirilir. "Evdə qal” yazısının monitorlardan çıxarılması prosesi yaxın günlərdə yekunlaşdırılacaq", - mətbuat katibi deyib.
 
Azərbaycanda koronavirus pandemiyası 2020-ci ilin fevralında qeydə alınıb. Martın 2-də ilk dəfə COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədi ilə 3–9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirtmək məqsədilə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət
obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edildi.
 
2 il müddətində ölkə üzrə vaksinasiya prosesi sürətləndikcə və yoluxma azaldıqca tətbiq olunan məhdudiyyətlər tədricən aradan qaldırılmağa başladı.
 
Gülnar 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol