• $
  • €
  • ₽
  • ₺
  • £

AKİ sədrliyinə Rasim Balayevin namizədliyi təsdiqləndi

AKİ sədrliyinə Rasim Balayevin namizədliyi təsdiqləndi
11.05.2022 14:50
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib. Bu barədə açıqlamasında AKİ-nin katibi Əli İsa Cabbarov bildirib.

Onun sözlərinə görə, iclas zamanı Xalq yazıçısı Anar Rzayev mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevin namizədliyini irəli sürüb.
 
Əli İsa Cabbarov bildirib ki, iclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.
 
Mayın son ongünlüyündə, 20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının Ümumi iclası keçiriləcək və səsvermə rəsmiləşdiriləcək.
 
"İclasda, həmçinin Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi müzakirə olunub. Təklif kimi Rüstəm İbrahimbəyovun məqalələrinin toplusu, sənədli film, Kino muzeyinin yaradılması təşəbbüsü göstərilir. Bu təşəbbüslərin müəyyən hissəsini Azərbaycan Kinematoqrafçılar İttifaqı öz hesabına maliyyələşdirəcək. Bəzilərinin reallaşdırılması ilə bağlı isə ölkə rəhbərliyinə müraciət olunacaq”.
 
AKİ-nin daha əvvəlki sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol