• $
  • €
  • ₽
  • ₺
  • £

Xəbərdarlıq edilmədən müəllim işdən çıxarılıb- ŞİKAYƏT

Xəbərdarlıq edilmədən müəllim işdən çıxarılıb- ŞİKAYƏT
12.05.2022 18:43
Goranboyda internat tipli gimnaziyanın müəllimi Lalə Əmiraslanova  haqsız yerə işdən çıxarıldığını bildirib.  Onun sözlərinə görə, jurnalda üç mövzunu yazmadığına görə işdən azad edilib.
 
"Mənim aylıq əmək haqqımdan pul tutulub. Buna baxmayaraq, heç bir xəbərdarlıq edilmədən işdən azad olunduğumu bildirdilər. Dərs zamanı bütün diqqətimi şagirdlərin biliklərinin möhkəmləndirilməsinə yönəldərək, jurnalda üç mövzunu yazmamışam. Maaşımdan pul tutulub, töhmət verilibsə, nəyə görə işdən çıxarılmalıyam? 16 ildir həmin məktəbin  ingilis dili müəllimiyəm. Dərs saatım 6 saatdır. Jurnalı yazmamağımın səbəbim sinif rəhbərinin jurnalı gec hazır etməsi olub", - müəllim söyləyir.
 
Məsələ ilə bağlı həmin məktəbin direktoru Ziya Şükürov bildirir ki,  Təhsil Nazirliyi tərəfindən müəllimə sinif jurnalını yazmadığına görə əmr gəlib və müəllim işdən çıxarılıb.
 
"Direktor kimi töhmət vermişəm, əmək haqqının müəyyən hissəsi tutulub. İşdən çıxarılması Təhsil Nazirliyi tərəfindən həyata keçirilib", - direktor deyib.
  
Təhsil eksperti Kamran Əsədovun fikrincə, əmək məcəlləsinin 69, 70 və 72- ci madəsinin tələblərinə əsasən müəllim üç mövzunu yazmadığına görə işdən azad edilə bilməz.
 
"Bu məktəb direktorunun səlahiyyətində deyil. İşçi xoşuna gəlmir deyə, işdən çıxarıla bilməz. İşçinin işdən azad edilməsi halları var.  Əgər işçinü üç mövzunu yazmadığına görə işdən çıxarılarsa, bu  ciddi qanun pozuntusudur. Bu zaman müəllim rahatlıqla işinə yenidən  bərpa oluna bilər. Təhsil Nazirliyi buna görə əmr verə bilməz. Əvvəlcə işçiyə xəbərdarlıq edilməli, töhmət,  şiddətli töhmət daha sonra isə işdən çıxarıla bilər.
 
 Təhsil Nazirliyindən isə bildirildi ki, məsələ hazırda araşdırılır. Yaxın zamanda mətbuata məlumat veriləcək.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol