• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA Qadir İbrahimlinin ölümü ilə bağlı başsağlığı verdi

MEDİA Qadir İbrahimlinin ölümü ilə bağlı başsağlığı verdi
20.05.2022 11:30
Medianın İnkişafı Agentliyi (MEDİA)  jurnalist Qadir İbrahimlinin vəfatı ilə bağlı başsağlığı verib.
 
"Tanınmış jurnalist Qadir İbrahimli vəfat edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Qadir İbrahimlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir", - qurumun yayımladığı məlumatda deyilir. 
 
Kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün  53 yaşında  vəfat edib. 

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
 
Facebook-da sonuncu paylaşımını xəstəxanaya yerləşdirilməzdən bir gün əvvəl - mayın 17-də edən jurnalist  mərhum anasının fotosunun altında "axirətdə görüşərik" sözlərini yazmışdı.

"Onun günüdür, məni dünyaya gətirən gözəl xanımın. Həm də yubileyidir - 85 yaş. Nur içində yat gözəl anam, inşallah, axirətdə görüşəcəyik!", - jurnalist yazıb. 
 
Jurnalist karyerasının əsas hissəsini "Azadlıq" qəzetində quran Qadir İbrahimli daha çox yaddaşlarda müstəqil fikirli və mövqeli jurnalist kimi qalacaq. 
 
N.Təbrizli
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol