3 nəfər dəm qazından zəhərləndi - Ölən var

Gədəbəy rayonunda dəm qazından zəhərlənmə olub.
Anews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.
Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.
Onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona ambulator yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 