Azərbaycanda anbarda xüsusi təhlükəli gübrə aşkarlanıb

Azərbaycanda 87 anbarda xüsusi təhlükəli gübrə aşkarlanıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.
Qeyd olunan müddətdə ümumilikdə 4 020 monitorinq aparılıb.
Azərbaycanda keçən il və bu ilin ötən dövründə bitki sağlamlığının izlənilməsi istiqamətində təsərrüfatlarda aparılan monitorinqlərin sayı açıqlanıb.
Həmin monitorinqlərin 2 500-ü pomidor, 326-sı alma, 1 062-si kartof, 64-ü meyvə bağları, 68-i isə soğanla əlaqəli olub.
"Keçən ildən bu yana uyğunsuzluq aşkarlanan müəssisələrin sayı 155, uyğun müəssisələrin sayı 54, xüsusi təhlükəli gübrə aşkarlanan anbarların sayı isə 87 olub"
AQTA rəsmisi onu da vurğulayıb ki, hazırda 13 ölkə ilə bitki mühafizəsi və karantini sahəsi üzrə saziş və anlaşma memorandumu layihələri hazırlanıb və imzalanması üzrə işlər aparılır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















