• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni mediası Şahin Mustafayevdən yazıb

Erməni mediası Şahin Mustafayevdən yazıb
25.05.2022 11:27
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edəcək. Ermənistan tərəfindən isə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan bu vəzifəni icra edəcək.

Şahin Mustafayevin bu vəzifəyə təyinatından sonra Ermənistan mediasında onun kimliyi barədə məlumatlar dərc olunmağa başlayıb.

Belə ki, "Hraparak” qəzeti yazır ki, Şahin Mustafayev Ermənistanda doğulub və burada təhsil alıb. Bildirilir ki, Mustafayevlər ailəsi Noyemberyan rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.

"Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Şahin 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb. O, erməni dilində sərbəst danışır, Ermənistan tarixini və diasporunu yaxşı bilir”, - deyə məlumatda qeyd olunub.

Maraqlıdır ki, Ermənistanda fəaliyyət göstərən daha bir media qurumu "Civilnet” 2014-cü ilin fevralında Şahin Mustafayevin Cucevanda yaşadığı dövrlə bağlı "Qızıl medalçı: Şahin Mustafayev” adlı sənədli film hazırlayıb. 2021-ci ildə isə "Caucasus Talks” yutub kanalı sözügedən videomaterialı Azərbaycan dilində titrlə yayımlayıb. Bu filmdə də keçmiş iqtisadiyyat naziri Şahin Mustafayevin təhsili, şəxsi həyatı, hərbi xidmətdə olduğu dövr barədə məlumatlar yer alıb. Qeyd olunur ki, sözügedən kənddə Şahin Mustafayev və ailəsi ilə bağlı xoş xatirələr qalıb.(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol