• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosu “TEKNOFEST"in keçirildiyi müddətdə iş rejimini dəyişəcək

Bakı metrosu “TEKNOFEST"in keçirildiyi müddətdə iş rejimini dəyişəcək
25.05.2022 14:09
Türkiyənin "Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının 2022-ci il mayın 26-29-u aralığında ilk dəfə Azərbaycanda keçirilməsi və bu tədbirlərə xüsusi marağı nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində də müvafiq dəyişikliklər ediləcək.

"Teknofest Azərbaycan” tədbiri, əsasən, "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçiriləcək. Bu səbəbdən Bakı metropoliteninin "28 May”, "Sahil”, "İçərişəhər” və "Nizami” stansiyalarının gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər ediləcək. Tədbirlə əlaqədar bu stansiyalarda əlavə işçi personalı ayrılmaqla xüsusi növbətçilik cədvəli tərtib olunacaq.

Festival iştirakçılarının və izləyicilərinin rahatlığını təmin etmək məqsədilə tədbirin keçiriləcəyi 28 və 29 may tarixləri Azərbaycanda bayram və istirahət günləri olsa da, qatarların hərəkətinin, adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə tətbiq edilməsi qərara alınıb.

Bununla yanaşı, festival günlərində də ehtiyat qatarlar daim hazır saxlanılacaq. Sərnişin axınının mümkün sıx saatları tədbirlərin proqramına uyğun müəyyən olunub. Buna müvafiq olaraq ehtiyat qatarların xəttə buraxılmasının nizamlanmış qaydası planı tərtib edilib.

"Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilən günlərdə qatarların hərəkət cədvəli iş günləri qrafikinə uyğun tənzimlənəcək.

Festivalın təşkilat komitəsi ilə əldə olunmuş qarşılıqlı razılıq və əməkdaşlıq planına əsasən tədbirlərin keçiriləcəyi günlərdə "28 May”, "Sahil” və "İçərişəhər” stansiyalarında ikinövbəli olmaqla, könüllülər sərnişinlərin xidmətində olacaq. Onlar metropolitençilərlə birlikdə sərnişinlərə gediş haqqının ödənilməsi, istiqamət və səmtin müəyyənləşdirilməsi, habelə digər faydalı məlumatların verilməsini təmin edəcəklər. Bununla əlaqədar festivalın təşkilat komitəsində fəaliyyət göstərən könüllülər arasından seçilmiş namizədlərlə təlimatlandırma işi aparılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol