• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi Azərbaycanla bağlı QƏRAR ÇIXARDI

Avropa Məhkəməsi Azərbaycanla bağlı QƏRAR ÇIXARDI
25.05.2022 17:24
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 25-də Azərbaycanla bağlı daha 3 qərarı elan edib. Bu barədə qərarları AİHM özünün rəsmi saytında dərc edib.

Qərarlar mahiyyəti üzrə deyil, hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmalar əsasında çıxarılıb.

"Hümeyir Əhmədov Azərbaycana qarşı” məhkəmə işi hüquq-mühafizə orqanlarının ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

Ərizəçi iddia edib ki, ölkədən çıxışına qadağa qoyulması onun Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təminat altına alınan hərəkət azadlığı hüququnu pozub.

O, həmçinin bu pozuntunu mübahisələndirə bilməsi üçün ölkə daxilində effektiv müdafiə vasitələrinin (Konvensiya, maddə 13) mövcud olmadığını iddia edib.
Sözügedən işdə tərəflər dostca anlaşıb. Anlaşmaya görə, hökumət mənəvi zərərə görə ərizəçiyə 5000, xərc və məsrəflərə görə isə 1000 avro ödəməlidir.

"Rəşad Niftəliyev və başqaları Azərbaycana qarşı” işindəki 5 ərizəçi "Yehova Şahidləri” dini icmasının üzvləridir. Onlar 2011-ci ildə Gəncə şəhərində keçirilən dini ayin zamanı saxlanılıb, polisə aparılıb.
 
Bir gün sonra məhkəmə qarşısına çıxarılıb, dini məclislərin təşkili və keçirilməsi qaydalarının pozulmasında günahkar bilinib, inzibati qaydada 500-1500 AZN cərimə olunublar. Şikayətləri yuxarı məhkəmələrə rədd edilən ərizəçilər AİHM qarşısında iddia ediblər ki, şəxsi həyata hörmət (dini etiqad azadlığı (Maddə 9), toplaşmaq azadlığı (Maddə 11) və ayrı-seçkiliyin qadağan olunması (Maddə 14) hüquqlarına müdaxilə olub.
 
Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları tanıyıb. Mənəvi zərərə və xərclərə görə ərizəçilərin hər birinə 3000 avro ödəməyi təklif edib. Ərizəçilər hökumətin bəyannaməsindəki təklifləri qəbul etməsələr də, AİHM bəyannaməni əsas götürüb. Qərara görə, ərizəçilərin hər birinə 3 min avro (cəmi 15 min avro) ödənilməlidir.

"Hüseynov və Mirqasımova Azərbaycana qarşı” işi ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icra edilməməsi ilə bağlıdır. Ərizəçilər AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu iddiasını qaldırıb. Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıb. Anlaşmaya əsasən, hökumət ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icrasını təmin etməli və birinci ərizəçiyə 2350, ikinci ərizəçiyə isə 3850 avro mənəvi zərər və xərclərin əvəzini ödəməlidir.
 
Avropa İnsan Hüquqları Məhkəməsi  "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmədir. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. 

Cari il 31 martda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası üzrə ilik hesabatını açıqlayıb. Hesabat görə, Azərbaycan 5 ildir ki, məhkəmənin 31 qərarını icra etmir. Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.

Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol