Azərbaycanda seçici siyahıları yenidən tərtib edilib

Mərkəzi Seçki Komissiyası Azərbaycanda 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul edib.
Qərarda deyilir:
Azərbaycan Respublikasında 2022-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin;
Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;
Seçici sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olan seçki məntəqələri ərazisində təxirə salınmadan əlavə seçki məntəqələri yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;
Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.
www.anews.az
























