• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya milyarderləri 41,48 milyard dollar itirib

Rusiya milyarderləri 41,48 milyard dollar itirib
01.06.2022 22:00
Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 41,48 milyard dollar azalıb.

 "RİA Novosti” i xəbər verir ki, sərvəti ən çox azalan "Novatek” və "Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenkodur. Onun sərvəti təxminən 7,06 milyard dollar azalaraq hazırda 15,4 milyard dollar olub.

Bildirilib ki, "Bloomberg Billionaires Index”in reytinqinə 25-i Rusiya vətəndaşı omaqla dünyanın 500 ən varlı adamı daxildir. İyunun 1-dək olan məlumata əsasən, onların ümumi sərvəti 341,51 milyard dollar təşkil edib.

Reytinqdə ikinci yeri tutan "Novatek”in həmsahibi Leonid Mixelsonun sərvəti nəzərəçarpacaq dərəcədə - 6,65 milyard dollar azalaraq 25,8 milyard dollar təşkil edib. Üçüncü yeri tutan NLMK-nın sahibi Vladimir Lisin ilin əvvəlindən 4,05 milyard dollar yoxsullaşaraq sərvəti 24 milyard dollar olub. Dördüncü yerdə "Severstal”ın həmsahibi Aleksey Mordaşovdur. Onun sərvəti 5,11 milyard dollar azalaraq 23,7 milyard dollar təşkil edib. Beşinci yerdə sərvəti 233 milyon dollar azalaraq hazırda 21 milyard dollar dəyərində qiymətləndirilən "Metalloinvest”, "Megafon” şirkətlərinin sahibi Əlişir Usmanovdur. Siyahıda altıncı yerdə "Lukoyl”un həmsahibi Vahid Ələkbərovdur. O, ilin əvvəlindən 3,27 milyard dollar itirib və hazırda sərvəti 18,5 milyard dollardır. Qeyd edək ki, Vahid Ələkbərov "Lukoyl”un prezidenti vəzifəsindən vaxtından əvvəl istefa verib. Siyahıda yeddinci yerdə "Evroxim” və SUEK-in keçmiş əsas sahibi Andrey Melniçenkonun sərvəti 806 milyon dollar azalaraq 16,7 milyard dollar olub. Səkkizinci yerdə sərvəti ilin əvvəlindən 2,66 milyard dollar azalaraq 15,8 milyard dollar təşkil edən "Renova”nın əsas sahibi Viktor Vekselberq qərarlaşıb. İlk onluğu "Oneksim” qrupunun sahibi Mixail Proxorov qapadır. Onun sərvəti 348 milyon dollar azalaraq 13,6 milyard dollar təşkil edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol