• $
  • €
  • ₽
  • ₺
  • £

Elmira Axundova getdiyi konsert barədə- Getmişəm, yaxşı etmişəm

Elmira Axundova getdiyi konsert barədə- Getmişəm, yaxşı etmişəm
02.06.2022 17:55
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Xalq artisti Brilliant Dadaşovanın ötən gün baş tutan konsertində iştirak etməsini normal adlandırıb,  bu barədə o qafqazinfoya açıqlamasında bildirib.

"Konsertə getmişəm,yaxşı etmişəm.Sosial şəbəkələrdə yazılanları oxumuram.Çünki orada ədalətsiz və qərəzli məlumatlar paylaşılır.Həm də sosial şəbəkələr ağır söyüşlərlə doludur.Bu isə qəbuledilməzdir",-səfir söyləyib.

Elmira Axundova qeyd edib ki, artıq 3 aya yaxındır ki, o və bir neçə əməkdaşı Bakıdadır: 


"Əməkdaşlarımız rotasiya qaydasında Ukraynadakı səfirliyimizdə işləyirlər. Mən bütün məsələləri rəhbərliklə əlaqələndirirəm. Bir neçə dəfə rəhbərliyə müraciət etmişəm ki, mən – yəni səfir başda olmaqla bütün heyət Ukraynaya qayıtmağa, orada işləməyə hazırıq. Mən bu gün də, sabah da Ukraynaya getməyə hazıram. Lakin rəhbərliyin münasibəti başqadır. Ukraynada müharibə davam etdiyindən, təhlükəsizliklə bağlı suallar olduğundan rəhbərlik hələ ki, səfirliyin qadın əməkdaşlarını bu ölkəyə göndərmir. Ukraynada səfirlikdə üç qadın əməkdaş var: mən, mənim köməkçim və üçüncü katib. Bizə deyirlər ki, siz hələ Azərbaycanda qalın. Kişi əməkdaşlarımız isə öz ailələri, arvad-uşaqlarını Bakıda qoymaq şərti ilə rotasiya qaydasında Kiyevdə işləyirlər”, -Axundova vurğulayıb.


O qeyd edib ki, Bakıda olan əməkdaşlar iş başındadırlar, onlar rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirirlər. 


"Mən iki dəfə səfirlik adından Ukraynaya humanitar yardım göndərmişəm – Dnepr və Xarkov şəhərlərinə. Görün sosial şəbəkələrdə qışqıranlar, Ukraynanı çox istəyənlər bu ölkəyə bir kiloqram humanitar yardım, bir dollar göndəriblər? Mən Ukraynada yaşayan soydaşlarıma kömək edirəm və etməyə davam edəcəyəm. Ukraynaya 30 ton humanitar yardım göndərmişik. İrpen şəhərindəki Zərifə Əliyeva adına məktəbin təmiri ilə məşğuluq",- Elmira Axundova əlavə edib.





Ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında "Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub.

Konsertə  Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da gəlib.


Səfirin konsertdə çıxış etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.Belə ki, bir qism adamlar onu Ukraynada müharibə olmasına baxmayaraq Bakıda qalmasına və konsertə getməsinə görə qınayıb.
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol