• $
  • €
  • ₽
  • ₺
  • £

Fətullah Hüseynovun ailə üzvlərini aldadan sürücü həbs edildi

Fətullah Hüseynovun ailə üzvlərini aldadan sürücü həbs edildi
14.06.2022 17:42
"Qara polkovnik” kimi tanınan və 2004-cü ildə Hacı Məmmədovun dəstəsi tərəfindən evinin qarşısında qətlə yetirilən Fətullah Hüseynovun ailəsinə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Mərhum polkovnikin oğlu Adil Hüseynovun sürücüsü işləmiş 1989-cu il təvəllüdlü Cavid Məmmədzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə ona yeddi il müddətinə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Cavid Məmmədzadə Fətulla Hüseynovun həyat yoldaşı Eleanora Hüseynovanın qızlarına məxsus olan və Bilgəh qəsəbəsində yerləşən ümumilikdə 0,237 hektar torpaq sahəsini sənədləşdirərək satmaq istəmələrini öyrənib. Torpaq sahəsinin sənədlərinin qaydasında olmadığını bilən sürücü Hüseynovaya Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına vəd verərək ondan 2018-ci ilin aprel ayından 2019-cu ilin iyun ayınadək üç dəfəyə ümumilikdə 137 min manat pul alıb. Lakin sonradan onun vədinə əməl etməməsi və pulları mənimsəməsi üzə çıxıb.

Cavid Məmmədzadə daha sonra Nardaran qəsəbəsində yerləşən torpaq sahəsini Hüseynovlar ailəsinə versə də, onlar bu torpaq sahəsini deyil, Cavidin onlardan aldığı 137 min manatı geri qaytarmasını tələb ediblər.

Məmmədzadənin Gürcüstandan maşın gətirmək adı ilə 4500 manat alıb vədinə əməl etmədiyi şəxs də məhkəmədə Hüseynova ilə birlikdə zərərçəkmiş şəxs qismində tanınıb.

Fətulla Hüseynovun oğlu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri olmuş Adil Hüseynov 2015-ci ildə bankla bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs edilmiş, daha sonra ev dustaqlığına buraxılmışdı.(qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol