• $
  • €
  • ₽
  • ₺
  • £

"Siqaretin qiyməti ona görə bahalaşır ki, çəkənlərin sayı azalsın" - Deputat

"Siqaretin qiyməti ona görə bahalaşır ki, çəkənlərin sayı azalsın" - Deputat
16.06.2022 15:20
Siqaretlərin qiymətlərinin artmasının 50 faizi fiskal siyasətlə bağlıdır. Bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

"Artım səbəbinin digər 50 faizi isə siqaretlə mübarizədir. Bu məntiq də var. Adətən siqaretlə mübarizə qiymətdən başqa, siqaret çəkmə yerlərinə məhdudiyyətlər qoymaqla də göstərilir. Belə deyək, siqaretin qiymətinin qalxması və siqaret çəkilən yerlərin məhdudlaşması birgə effekt verir. Bununla gündəlik siqaret çəkmə sayı azalır. Mən özüm də siqaret çəkənəm, misal üçün, əvvəl bir qutu, bir qutudan artıq çəkirdim. Amma qeyd etdiyim məhdudlaşmalar gətirib ona çıxarır ki, çəkdiyin siqaretin sayını azaldırsan”.

Deputatın fikrincə, siqaret qiymətlərində artım olduğu zaman siqaret çəkənlər sayı azaldırlar.

"Adətən insanlar ya daha ucuz siqaretlərə keçir, ya da ona öyərəşə bilmirlər. Siqaretdə belə bir öyrəşmə mexanizmi var. Ona görə də, məcbur olurlar ki, hesabı elə götürsünlər ki, əvvəl bir qutu çəkirdilərsə, indi azaltsınlar. Çünki həmin siqareti əvvəlki qədər almaq çətinləşir”.

Rüfət Quliyev həmçinin qeyd edib ki, bu cür mübarizə forması dünyanın hər yerində var.

"Bu formada mübarizə bütün dünyada gedir. Mən deməzdim ki, bu, Azərbaycanda tütün məmulatlarına qarşı ən ciddi mübarizələrdən biridir. Xeyr. Avropanın bir neçə ölkəsində, ümumiyyətlə, bütün ölkələrdə, o cümlədən ABŞ-da və digər aparıcı ölkələrdə qiymət, məhdudlaşma ona gətirib çıxarır ki, insanlar məcburiyyət qarşısında qalıb az çəkirlər”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol