• $
  • €
  • ₽
  • ₺
  • £

Metro istifadəçilərinin sayı artıb

Metro istifadəçilərinin sayı artıb
17.06.2022 18:32
2022-ci il yanvar-mayında "Bakı Metropoliteni" ötən illə müqqayisədə  230,6 dəfə artaraq  81 648,1 min sərnişin daşıyıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.

2021-ci ilin yanvar-mayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 354 min nəfər olub.
 
Metropoliten stansiyaları saat 6:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olur.

2015-ci il avqustun 8-dən Bakı metropolitenində gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir. Həm də həmin gündən ilk dəfə şəhər ictimai sərnişindaşıma sahəsində iki fərqli nəqliyyat sisteminin inteqrasiya olunmuş ödəniş sisteminin tətbiqinə başlanılır. Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında 2018-ci il avqustun 1-dən 1 gediş üçün 30 qəpik müəyyən olunub. 2021-ci ildə Azərbaycanda metro nəqliyyatı ilə (Bakı metropoliteni – red.) sərnişin daşınmasından 26 154,4 min manat gəlir əldə edilib, bu da illik müqayisədə 21% çoxdur. 2020-ci ildə sözügedən göstərici 21 623,1 min manat səviyyəsində olub. Hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 90 232,4 min olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,8 çoxdur.
 
Bakıda metropolitendə xətlərinin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol