• $
  • €
  • ₽
  • ₺
  • £

4 hektar sahədə biçilmiş taxıl sahəsi yandı - VİDEO

4 hektar sahədə biçilmiş taxıl sahəsi yandı - VİDEO
21.06.2022 11:16
Kürdəmirin Qarasaqqalı kəndində vətəndaşa məxsus taxıl sahəsində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112” qaynar telefon xəttinə daxil olan məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Məhərrəmov Məhərrəm Abdulxaliq oğluna məxus biçilmiş taxıl sahəsində baş verdiyi və alovun hər an yaxınlıqda yerləşən biçilməmiş taxıl sahəsinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülmüş tədbirlər sayəsində yanğın söndürülərək alovun biçilməmiş taxıl sahəsinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində 4 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, o cümlədən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək, xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol