• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin general rütbəsi verdiyi Canpolad Daanov kimdir? - DOSYE

Prezidentin general rütbəsi verdiyi Canpolad Daanov kimdir? - DOSYE
01.07.2022 14:46
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup zabitinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, polis general-mayoru ali xüsusi rütbəsi alanlardan biri polis polkovniki Canpolad Alı oğlu Daanovdur.

Canpolad Daanov hazırda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi vəzifəsində xidmət edir.

Onun dosyesini təqdim edirik:

Canpolad Alı oğlu Daanov 1981-ci ildə Balakən şəhərində anadan olub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə  bitirib.

Daxili işlər orqanlarında xidmətə 2004-cü ildə  DİN-in Polis Akademiyasının "Cinayət hüququ” kafedrasında müəllim kimi başlayıb.

2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və  baş idarə rəisinin müavini, 2019-cu ilin avqust ayından 2020-ci ilin 19 noyabr tarixinədək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifələrində çalışıb.
 
Prezident İlham Əliyevin 19 noyabr 2020-ci il tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə 2010-cu ildə "Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailəlidir. İki övladı var.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol