• $
  • €
  • ₽
  • ₺
  • £

Konflikt jurnalistlərin poliqon təlimlərinə start verilib- FOTO

Konflikt jurnalistlərin poliqon təlimlərinə start verilib- FOTO
01.07.2022 17:10
"Konflikt Jurnalistikası Məktəbi”nin "Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” layihəsinin 2-ci mərhələsi çərçivəsində 30 jurnalistə hərbi hissələrdə və poliqonlarda 10 günlük təlim keçiriləcək.

 "Dinc Dünya" Araşdırma Mərkəzi”, "Konflikt jurnalistikası məktəbi"nin rəhbəri Əlisafa Mehdi iyulun 2-dən start götürən poliqon təliminə qoşulan jurnalistlərin ekstremal şəraitdə çalışacağını bildirib.

"Yanğın, sel, daşqın, müharibə, terror, epidemiya, texnogen qəza kimi hadisələrdə davranma təcrübəsinə yiyələnmək üçün təlim boyu jurnalistlər elə də asan olmayan hallarla üzləşməli olacaqlar. Ekstremal hadisə yerinə gedişin, təhlükəli və münaqişəli zonada işləməyin və sağ qalmanın universal qaydalarını, belə situasiyada işləməyin psixologiyasına uyğun davranmağı, hadisələrə peşəkar yanaşmağı və psixoloji hazırlığı, risklərin dəyərləndirilməsini, qəza anında xilasolma imkanlarını, düşmənin mümkün imitasiya vasitələrindən yayınma təcrübəsini yerində öyrənəcəyik”,- məktəbin rəhbəri bildirib.
 
"Konflikt jurnalistikası məktəbi"ni (KJM) 2003-cü ildə "Dinc Dünya” Araşdırma Mərkəzi yaradıb. KJM davamlı olaraq ölkədə ekstremal jurnalistika təlimlərini reallaşdırır. 2015-ci ildən layihə Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Silahlı Qüvvələrin bazasında keçirilir. Tədris dövründə jurnalistlər həm auditoriya, həm poliqon təlimlərində iştirak edir, ekstremal vəziyyətdə davranış qaydalarını mənimsəyirlər. Təlim proqramı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin digər tərəfdaşı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsidir.

"Konflikt jurnalistikası məktəbi" layihəsinin 1-ci mərhələsinə aprelin 23-də start verilib. Auditoriya təlimləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib.
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol