• $
  • €
  • ₽
  • ₺
  • £

Küləkli və yağışlı hava nə vaxtadək davam edəcək?

Küləkli və yağışlı hava nə vaxtadək davam edəcək?
03.07.2022 11:58
yulun 03-ü saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, düşən yağışın miqdarı Göygöldə 7.0 mm, Oğuz, Şəki, Şahdağda 6.0 mm, Daşkəsəndə 5.0 mm, Qrızda 4.0 mm, İsmayıllıda 3.0 mm, Gəncə, Xaltan, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Naftalan, Şəmkir, Ağdərə, Gədəbəy, Quba, Tərtər, Yevlax, Qəbələ, Sarıbaş, Göyçay, Sarıbaşda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Mingəçevirdə 21 m/s, Ceyrançöl, Neftçalada 20 m/s, Şirvanda 17 m/s, Culfada 18 m/s, Naxçıvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 21 m/s, Binə 19 m/s, Ələtdə 18 m/s, Neft Daşları, Çilov adasında 17 m/s, Sumqayıtda 16 m/s, Pirallahıda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.0 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 03-ü gündüz saatlarınadək davam edəcəyi, 04-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Fasilələrlə yağıntılı hava şəraiti isə 05-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.

Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27 ° isti olacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol