• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə olan jurnalistin vəsatəti təmin edilmədi

Həbsdə olan jurnalistin vəsatəti təmin edilmədi
04.07.2022 13:53
Oğurluqda və qanunsuz döyüş sursatı və silah saxlamaqda ittiham edilərək 2 ildir həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin şərti azadlığa buraxılması haqqında vəsatəti təmin edilməyib. Bu barədə Bakının Sabunçu rayon Məhkəməsi qərar elan edib.

Elçin Məmmədin həbs cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında ərizəsini təmin etməyib.

Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı bildirib ki, məhkəmənin qərarını əsassız hesab edir,  apellyasiya şikayəti vermək istəyir.

Vəkil  qeyd edib ki, Məmməd cəzaçəkmə müəssisəsində tətbiq olunan rejim qaydalarına əməl edib və barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməyib.

Həmçinin, iyulun 13-də Ali Məhkəmədə Elçin Məmmədin  cəzasının üçdə birini çəkməsi ilə əlaqədar şərti azadlığa buraxılmasından imtina ilə bağlı verdiyi kassasiya şikayətinə baxılacaq.

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" QHT-nin rəhbəri və "Yüksəliş naminə" saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib. Həmin il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi onu "oğurluqda" və "qanunsuz döyüş sursatı və silah saxlamaqda" təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Azərbaycanda hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol