• $
  • €
  • ₽
  • ₺
  • £

“Əvəzin qatili dövlətdir” şüarı ilə aksiya keçirilib

“Əvəzin qatili dövlətdir” şüarı ilə aksiya keçirilib
04.07.2022 17:07
Bu gün, iyulun 4-də bloger Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu iddia edən fəallar Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə etiraz aksiyası keçirib. 
 
Fəallar "Əvəzin qatili dövlətdir”, "Nifrət qətlləri siyasidir” yazılan plakatlar qaldırıb.
 
Cari gündə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə jurnalist və LGBTQI+ fəalı Əvəz Hafizlinin qətlində təqsirləndirilən Əmrulla Güləliyevin məhkəmə prosesi iyulun 18-ə təxirə salınıb.
 
Baş prokurorluq  cari il fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində jurnalist Əvəz Hafizli əmisi oğlu 24 yaşlı Əmrulla Güləliyev tərəfindən qətlə yetirməsi barədə məlumat yayıb. 
 
"Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib",  -  məlumatda bildirilir.


Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması barədə iddialar irəli sürmüş və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirmişdi. 
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol