• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət sərhədini pozan İran vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozan İran vətəndaşları saxlanılıb
05.07.2022 13:34
Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb. Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
 
iyulun 1-də saat 17:45-də "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qaradağlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ərazidə gizlənən 1 nəfər İran İslam Respublikası vətəndaşı 1971-ci il təvəllüdlü Siyavuş Pərvin İsrafil oğlu saxlanılıb.

İyulun 1-də saat 09:45-də "Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Mahmud Cavid Muhammədəli oğlu olması müəyyənləşdirilib.

İyulun 1-də saat 22:25-də "Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərən İraq İslam Respublikası vətəndaşı 1996-cı il təvəllüdlü Alkateenat Mustafa Hussein Fadhil sərhəd pozucusu qismində saxlanılıb.

İyulun 1-də saat 10:30-da "Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən 1 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı Göyçay rayon sakini 1991-ci il təvəllüdlü Həsənov Kamil Famil oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı onun 23.06.2022-ci il tarixdə rəsmi qaydada Gürcüstana getdiyi müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol