Neftçalada biznesmenin oğlu öldü

Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.
22 yaşlı Dördlər kənd sakini Sərxan Əsədli idarə etdiyi "Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb və sürücü ağır kəllə-beyin travması alıb.
Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzada həlak olan gəncin atası Rövşən Əsədov Neftçalada tanınmış iş adamlarından biridir. Bu gün S.Əsədlinin doğum günü imiş.(Qafqazinfo)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur