• $
  • €
  • ₽
  • ₺
  • £

“Bizimləsən” və “Səni Axtarıram”da yığılan pullarla bağlı - Bəyanat

“Bizimləsən” və “Səni Axtarıram”da yığılan pullarla bağlı - Bəyanat
12.07.2022 17:30
ATV və ARB telekanalları birgə bəyanat yayıb.

"Qafqazinfo"ya daxil olmuş bəyanatda deyilir:

"Bu birgə bəyanatın səbəbi bəzi media resurslarında ATV və ARB telekanallarına qarşı vüsət almış kampaniyadır.

Hər cür uydurmalara, təxribat xarakterli bəyanatlara və heç bir fakta əsaslanmayan mülahizələrə cavab verməyə lüzum bilməsək də, ATV-nin "Bizimləsən” və ARB-nin "Səni Axtarıram” verilişlərində xeyriyyə tədbirlərindən yığılan vəsaitlərin mənimsənilməsi ilə bağlı səslənən ciddi xarakterli ittihamları cavabsız qoymaq olmaz. Bu ittihamlar tamamilə cəfəng, əsassız və böhtandır, lakin bu ittihama cavab verməyimiz müstəsna olaraq qeyd edilən verilişlərin milyonlarla tamaşaçısına və müsəlmanların müqəddəs Ramazan ayında xəstə uşaqlar üçün ianə toplama kampaniyalarında iştirak edən yüz minlərlə vətəndaşımıza hörmətdən irəli gəlir.

Bununla bağlı aşağıdakı faktları qeyd edirik:
1. Kampaniyalar elan olunmazdan əvvəl telekanallar xəstəlik və müalicə xərclərini rəsmən təsdiq edən bütün lazımi sənədlərin təqdim edilməsini tələb edir.

2. Müalicə üçün toplanan ianələr birbaşa xəstə uşaqların valideynləri tərəfindən təqdim edilən bank hesablarına edilir.

3. Telekanallarda vəsaitin təyinat yerinə köçürülməsi barədə sənədli dəlillər var.

4. Xeyriyyə marafonu efirdə canlı yayımlanıb, vəsaitlərin toplanması və ödənişlərin bütün mərhələləri vizual qaydada sənədləşdirilir.

5. Verilişlərin redaktorları uşaqların valideynləri, uşaqlar və onların müalicə olunduğu klinikalar ilə mütəmadi əlaqə saxlayırlar - bu əlaqələr həm də vizual olaraq sənədləşdirilir.

6. ATV kanalına qarşı ittihamlarla internet resurslarına müraciət edən bir qadın vətəndaşın məsələsini ayrıca qeyd etmək yerinə düşər: ATV telekanalının böhtanla bağlı məhkəməyə müraciət etməməsinin yeganə səbəbi həmin vətəndaşın ağır vəziyyəti və öhdəsində 4 uşağın olmasıdır. Lakin əsassız ittihamlar davam edərsə, telekanal öz şərəf və ləyaqətini məhkəmə vasitəsilə müdafiə etmək məcburiyyətində qalacaq.Beləliklə, bildiririk ki, xeyriyyə məqsədilə toplanmış bütün vəsaitlər tam təyinatı üzrə yönəlib və xərclənib, lazım gələrsə, məhkəmədə də bunu təsdiq etməyə hazırıq.

Biz keçmişdə telekanallarda, saytlar və sosial şəbəkələrdə əsl məqsədi biznes rəqiblərin gözdən salınması və sıradan çıxarılması olan məlum "media müharibələri” təcrübəsinin yenidən canlandırılması cəhdlərini səmərəsiz hesab edirik.

Biz həmkarlarımızı həm jurnalistikanın əsas prinsiplərinə, həm də media etikası qaydalarına əsaslanan məsuliyyətli mövqe tutmağa çağırırıq.
Eyni zamanda qeyd edirik ki, telekanalların və bu telekanallarda çalışan kollektivlərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə ziyan vuran böhtan və birtərəfli, təhrif edilmiş məlumatları məsuliyyətsiz şəkildə yayan resurslara qarşı məhkəməyə müraciət etmək imkanını nəzərdən keçiririk”.

REAL TV-nin rəhbəri Mir Şahin Ağayev dünən efirdə bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, ad çəkərək bəzi telekanallarda müsbət dəyişikliklərin olduğunu, ATV, ARB və SPACE-in isə adını çəkməyərək "İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunuzun fərqində olun” fikrini səsləndirmişdi.

Mir Şahin həmçinin əlavə edib ki, həmin kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara kəskin şəkildə iradlar bildirilib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol