• $
  • €
  • ₽
  • ₺
  • £

2 aylıq şirkət DİN tenderinin qalibi olub - Təfərrüfat

2 aylıq şirkət DİN tenderinin qalibi olub - Təfərrüfat
15.07.2022 10:18
Daxili İşlər Nazirliyinin Binəqədi rayon Mühafizə İdarəsi tərəfindən keçirilən tenderin qalibi  "Papirus DM” MMC (VÖEN- 1102590561) olub.  Dəyəri 12 min manat 5 qəpik olan tender müsabiqəsinin qalibi  seçilən bu şirkət isə tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.

"Papirus DM” MMC Suraxanı rayon Mühafizə Şöbəsinə dəftərxana və təsərrüfat malları satacaq.

Nizamnamə kapitalı 10 manat olan "Papirus DM” MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Xarici Dairəvi, ev 45-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Xudayar Məqatil oğludur.

Suraxanı rayon Mühafizə İdarəsi tender müsabiqəsini (Kotirovka sorğusu) iyunun  23-də elan edib. Tender müsabiqəsinin qalibi olan "Papirus DM” MMC isə aprel ayının 25-də dövlət qeydiyyatına alınıb.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 2 ay əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

Onu da qeyd edək ki, aprel ayının 25-da Cəfərov Xudayar Məqatil oğlunun qanuni təmsilçi olduğu və hüquqi ünvanı Lökbatan ŞTQ, Xarici Dairəvi, ev 45 yerləşən daha 2 şirkət - "Bellor TT” MMC (VÖEN-1102590971) və "Cəfərli Tikinti” MMC (VÖEN-1102590841) də dövlət qeydiyyatına alınıb.

Maraqlıdır ki, cəmi bir-neçə gün əvvəl bənzər bir tender müsabiqəsi DİN-in Binəqədi rayon Mühafizə Şöbəsi tərəfindən keçirilib.(yeniavaz)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol