• $
  • €
  • ₽
  • ₺
  • £

Qazinin əlilliyi niyə kəsilib? - RƏSMİ AÇIQLAMA

Qazinin əlilliyi niyə kəsilib? - RƏSMİ AÇIQLAMA
19.07.2022 13:26
Xaçmazın Bostançı kənd sakini Birinci  Qarabağ müharibəsi qazisi Süleyman Babayev əlillik müavinətinin kəsilməsindən narazıdır, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirirlər ki, Süleyman Babayevin əliliyin kəsilməsi tam qanunvericiliyə uyğun olaraq icra olunub.
 
"2014-cü ildə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə məni evlə təmin ediblər və ömürlük əlilik statusu almışam. Lakin 2020-ci ilin avqustunda əlilik müavinəti kəsilib. Aidiyyatı qurumlara müraciət etsəm də bərpa olunmur. Əgər əlil deyiləmsə, niyə məni evlə təmin etmisiz və ya əliləmsə, niyə müavinətimi kəsmisiniz?",- Süleyman Babayev bildirib.
 
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov məsələyə münasibət olaraq bildirilib ki, Süleyman Babayeve ömürlük əlilik təyinatı ilə bağlı əyani müayinəyə dəvət olunub və vətəndaşin hazirki vəziyyəti isə əlilliyə əsas vermir. Hətta tam reabilitasiya hesab olunur.
 
"Xaçmaz rayon sakini Babayev Süleyman Rzababa oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə 12.04.2021-ci il Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə edilib. Müayinə zamanı müəyyən edilib ki, Süleyman Babayevin hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına uyğun deyil.
Bu baxımdan vətəndaşın əlilliyinə imtina verilib və tam reabilitasiya olması barədə qərar qəbul edilib", - qurumun sözçüsü əlavə edib.
 
Tural Qurbanov onu da əlavə edib ki, əliliyin ömürlük təyin olunması qanunvericiliyə uyğun olaraq geridönməz hallarda yəni- amputasiya halları,gözün tamamilə görməməsi və s. zamanı müəyyən olunur.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol