Azərbaycanda daha 8 peşə məktəbi yaradılacaq

Müasir təminatlı və yeni məzmun əsasında əlavə peşə təhsili mərkəzlərinin yaradılması nəzərdə tutulub. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Planın əsas icraçısı Təhsil Nazirliyi, aidiyyəti qurumlar isə İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.
2023-2025-ci illərdə ölkədə 8 əlavə peşə təhsili mərkəzinin fəaliyyətə başlaması nəzərədə tutulur. Nəticədə peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisinin artması təmin ediləcək.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















