94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb
23.07.2022 13:34
Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, paralel olaraq ötən ilin yanvar ayında təqaüdlər, bu ilin yanvarında isə şəhid ailələrinə və müharibə əlillərinə ödənilən müavinətlər 60% artırılıb.