• $
  • €
  • ₽
  • ₺
  • £

Neçə uşaq təhsildən yayındırılıb? - RƏSMİ

Neçə uşaq təhsildən yayındırılıb? - RƏSMİ
28.07.2022 12:13
2022-ci ildə qərəzli şəkildə təhsildən uzaqlaşdırılan 13 uşaq aşkarlanıb və Dövlət Komitəsi həmin uşaqların taleyi ilə maraqlanıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova "İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
 
 
"Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı da 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar da var ki, cinsi zorakılığa məruz qalıb. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmir ki, bu, ciddi problemdir”, - İbrahimova deyib. 
 
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunlarına görə, hər bir uşağın ölkənon təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsində qeyd olunur ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.
 
Təhsil üzrə ekspert Kamran Əsədov düşünür ki, Azərbaycanda uşaqlar arasında təhsildən yayınma ilə bağlı vəziyyət pis həddə deyil, lakin bəzi bölgələrdə bu problem qalmaqdadır.

 "Azərbaycan Respublikasının Konstitusiyasına və Təhsil Haqqında qanuna görə 9-cu sinfə qədər təhsil icbaridir. Çox təəssüf ki, bəzi bölgələrdə təhsildən yayınma var. Amma ümumilikdə ölkə üzrə təhsilə cəlbolunma səviyyəsi qanedicidir. Sadəcə olaraq bəzi bölgələrdə təsərrüfatda işə cəlb olunma səbəbindən davamiyyət aşağıdır. "Təhsil haqqında" qanuna görə şagirdlərin bir sinifdən digər sinfə keçmə qaydaları var. Şagird altı aydan çox dərs prosesində iştirak etmədikdə tədbir görülməlidir. Onun dərsə davamiyyəti aşağı olduqda isə məktəb ərazi üzrə polis idarəsinə və aidiyyəti qurumlara bununla bağlı məlumat verməlidir", - o bildirib.
 
Dünyada 222 milyon uşağın təhsili  müxtəlif və çox sayda böhranlardan  dolayı yarımçıq qalıb. Bu  Birləşmiş Millətlər Təşkilatının fövqəladə hallar və uzadılmış böhran zamanları üçün nəzərdə tutulan  "Education Cannot Wait"(Təhsil Gözləyə Bilməz) qlobal fondunun  araşdırmasında  göstərilib. 

Təşkilatın direktoru Yasmin Şerifin sözlərinə görə,  son altı ildə müxtəlif böhranlar səbəbilə bu rəqəm 40-dan çox ölkədə artıb.  Belə ki, təşkilat yarandığı ildə ( red. 2016) belə şəxslərin sayı 75 milyon təşkil edib. 

"Dünya boyu münaqişələr əvvəl də mövcud olub, amma getdikcə daha uzunmüddətli olur. Münaqişələr və iqlimlə əlaqədar fəlakətlər səbəbilə artan və rekord həddə çatan qaçqın və didərginlərin sayı  COVID-19 pandemiyasında rekord göstəriciyə çatdı,"-  Yasmin Şerif deyib.

Araşdırmaya görə, dünyada  78.2 milyon insan məktəbdən çıxıb. 
 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol