• $
  • €
  • ₽
  • ₺
  • £

10 məktəbdə inklüziv siniflər təşkil ediləcək- ƏMR

10 məktəbdə inklüziv siniflər təşkil ediləcək- ƏMR
28.07.2022 14:20
Təhsil naziri Emin Əmrullayev "İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən, "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə və Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil ediləcək.

2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir.
 
İnklüziv təhsil anlayışı insan hüquqları prinsipinə əsaslanır. İnsan Hüquqları Konvensiyasına görə, dövlətlər elə bir təhsil sistemi qurmalıdır ki, təhsilalma hüququ hər bir uşağa şamil edilsin. Azərbaycan Respublikası İnsan Hüquqları Konvensiyasını 1992-ci ildə imzalayıb və respublikamızda yaşayan hər bir uşağın təhsil alma hüququnu qorumağı öz üzərinə götürmüşdür.

Dünyanın bir çox ölkələrində (Böyük Britaniya, ABŞ, İsveçrə və s.) xüsusi qayğıya ehtiyacı olan uşaqlar digər yaşıdları ilə birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər. İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindəndir və ümumiyyətlə, hər hansı bir ölkənin təhsil sisteminin beynəlxalq prinsip və standartlara uyğunlaşdırılması məqsədini daşıyır.

Müasir dövrdə inklüziv təhsil dedikdə uşaqların məktəbəqədər müəssisələrdə, orta təhsil məktəblərində dərs alması prosesi nəzərdə tutulur ki, bunun da xüsusi tələbləri var. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol