• $
  • €
  • ₽
  • ₺
  • £

İkinci-əl əşyaların ianə günü və satışı yarmarkası təşkil edilib

İkinci-əl əşyaların ianə günü və satışı yarmarkası təşkil edilib
29.07.2022 11:49
"Ecofront" ətraf mühitin mühafizəsi təşkilatının komandası ikinci-əl əşyaların ianə günü və satışı yarmarkası təşkil edib. Bu barədə o facebook soial şəbəkəsində paylaşım edib.

Bununla onlar, insanların ətraf mühitə mənfi təsirini necə azalda biləcəklərinə diqqət çəkmək istəyiblər.

Yarmarkada geyimlər, aksesuarlar, kitablar və s. bu kimi əşyalar satışa çıxarılıb.

Ecofront təşkilatının direktoru Kənan Xəlilzadə bildirib ki, bu yarmarka Ecofront-un "Secondfront" layihəsi çərçivəsində həyata keçirilib və komandanın təşkil etdiyi ilk yarmarkadır.

"Bizim əsas məqsədimiz 2-ci əl əşyaların,yəni tullantının miqdarını, həcmini azaltmaqdır. Bilirsiniz ki, 2-ci əl əşyalar istifadə olunmadığı təqdirdə tullantı kimi ya poliqonda atılır və ya yandırılır.bunun qarşısını almaq üçün biz fikirləşdik ki, belə bir layihə edək. Həmçinin tullantının azaldılması ilə bərabər biz həm də istəyirik ki istehsalatın həcmini də azaldaq. Bununla tullantı ən həcmi də azalmış olur",- Xəlilzadə bildirib.

Yarmarkada yalnız alış etmək istəyənlər deyil, eyni zamanda istifadə etmədiyi əşyaları ianə edənlər də iştirak edib.

Secondfront onlayn ikinci-əl mağazasına ianə edilənlər satışa çıxarılır və əldə olunan gəlir Ecofront-un ekoloji problemlərlə bağlı layihələrinin xərclərinin qarşılanmasında istifadə edilir.

İştirak edənlərə ətraf mühitə insanların təsirini azaltmağın faydaları, yolları haqqında məlumat verilib.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol