• $
  • €
  • ₽
  • ₺
  • £

Baydendən “Əl-Qaidə” liderinin öldürülməsinə - Reaksiya

Baydendən “Əl-Qaidə” liderinin öldürülməsinə - Reaksiya
02.08.2022 09:44
Ədalət bərqərar oldu və bu terrorçu lider artıq yoxdur, bunu açıqlamasında ABŞ Prezidenti Co Bayden "Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahirinin öldürülməsinə münasibət bildirərkən deyib.

"Nə qədər vaxt aparsa da, harada gizlənsəniz də, xalqımız üçün təhlükə olsanız, Birləşmiş Ştatlar sizi tapıb çıxaracaq. O, Amerika vətəndaşlarına, Amerika hərbçilərinə, Amerika diplomatlarına və Amerika maraqlarına qarşı qətl və zorakılıq izini qoydu” – Bayden açıqlamasına əlavə edib.

ABŞ hökuməti "Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahirin Kabildə yaşadığı evdə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb. Rəsmilər bildiriblər ki, Zəvahiri təhlükəsiz evin eyvanında olub, dron onun olduğu əraziyə iki raket atıb. Qeyd olunub ki, terrorçunun digər ailə üzvləri də orada olublar, lakin onlar xəsarət almayıb və yalnız Zəvahiri öldürülüb.

Taliban sözçüsü ABŞ əməliyyatını beynəlxalq prinsiplərin açıq şəkildə pozulması kimi qiymətləndirib.

"Bu cür hərəkətlər son 20 ilin uğursuz təcrübələrinin təkrarıdır və Amerika Birləşmiş Ştatlarının, Əfqanıstanın və regionun maraqlarına ziddir", - sözçü əlavə edib. Bununla belə, ABŞ rəsmiləri əməliyyatın hüquqi əsası olduğunu iddia ediblər.

Zəvahiri 2011-ci ildə Üsamə bin Ladenin ölümündən sonra "Əl-Qaidə”ni ələ keçirib. O, Bin Ladenlə 11 sentyabr hücumlarını birlikdə planlaşdırıb və ABŞ-ın "ən çox axtarılan terrorçularından” biri olub. 1980-ci illərdə "Misir İslami Cihad” yaraqlı qrupunda iştirak etdiyinə görə həbs edilən Misirli həkim Zəvahiri azadlığa çıxandan sonra ölkəni tərk edib və şiddətli beynəlxalq cihadçı hərəkatlarda iştirak edib.

Nəhayət, o, Əfqanıstanda məskunlaşıb və zəngin bir Səudiyyə Ərəbistanı vətəndaşı olan Üsamə Bin Laden ilə birləşib. Birlikdə ABŞ-a müharibə elan ediblər və 11 sentyabr 2001-ci il hücumlarını təşkil ediblər.

Bin Ladenin ABŞ tərəfindən tapılaraq öldürülməsi on il çəkib. Bundan sonra Zəvahiri "Əl-Qaidə” liderliyini öz üzərinə götürsə də, o, yalnız arabir mesajlar verən uzaq və marjinal bir fiqur olub.

Ayman əl-Zəvahirinin Bin Laden dövründə də  "Əl-Qaidə”nin arxasında duran ideoloji beyin olduğu bildirilir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol