• $
  • €
  • ₽
  • ₺
  • £

Qanun pozuntularına vaxtında müdaxilə edilməlidir - Kamran Əliyev

Qanun pozuntularına vaxtında müdaxilə edilməlidir - Kamran Əliyev
10.08.2022 11:31
Azərbaycan prokurorluğu dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə yönələn hərəkətlərlə bağlı qəti addımlar atıb və bundan sonra da atacaq. Qanun pozuntularına vaxtında müdaxilə edilməlidir. Amma bəzi xəbərdarlıqlar sosial şəbəkə istifadəçiləri tərəfindən aqressiv qarşılanır. Bu fikirləri Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun təşkilatçılığı ilə "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” adlanan işgüzar konfransda səsləndirib. 
 
O söyləyib ki, İkinci Qarabağ müharibəsi dövründə media nümayəndələri qəhrəmanlıq göstərib.

"Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib. Medianın cəmiyyətdə rolu böyükdür. Prokurorluq orqanları da medianın fəaliyyətindən geniş istifadə edir və media orqanları ilə əməkdaşlıq edir. Sosial şəbəkələrdə gedən bütün məlumatlar izlənilir və tənqidi nəticələr çıxarılır. Biz medianın yaydığı məlumatlardan yararlanırıq. Mətbuatda gedən cinayət xarakterli məlumatları da izləyirik. Çalışırıq ki, kriminal xarakterli məlumatlara dərhal reaksiya verək", - o bildirib.

Kamran Əliyev vurğuladı ki, Prezident İlham Əliyev də mediaya diqqət ayırır.

"Heydər Əliyev media ilə bağlı bütün institutların inkişafına böyük diqqət yetirib. İndi də bu ənənə davam edir", - o bildirib.
 
Əliyev əlavə edib ki, Azərbaycanda media dördüncü hakimiyyətdir və bunu hər kəs təsdiq edə bilər.

Sözügedən konfransda  Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
 
Ləman Qasımova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol