• $
  • €
  • ₽
  • ₺
  • £

Pullu xidmət göstərən təhsil ekspertlərinə çox da etibar etmək olmaz - DİM sədri - VİDEO

Pullu xidmət göstərən təhsil ekspertlərinə çox da etibar etmək olmaz - DİM sədri  - VİDEO
16.08.2022 13:22
Dövlət İmtahan Mərkəzinin bölgələrdə 9, Bakıda isə 6 məsləhət mərkəzi xidmət göstərir. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Mələykə Abbaszadə bu gün keçirilən brifinqdə deyib.
 
"Mən sosial şəbəkələrdə monitorinq apardım. Məlum oldu ki, şagirdlərə müəyyən pul müqabilində bu xidməti göstərən şəxslər var. Onlara çox da etibar etmək olmaz. Dövlət İmtahan Mərkəzi şagirdlər üçün bu xidməti pulsuz göstərir. Valideynlər və şagirdlər həmin mərkəzlərə yaxınlaşmaqla bu xidmətdən istifadə edə bilər", Abbaszadə bildirib.
 
Abituriyentlər  Naxçıvan,Göyçay,Gəncə,Lənkəran,Şəki, Xaçmaz,Şirvan,Bərdə və Şəmkirdə Dövlət İmtahan Mərkəzinin məsləhətləşmə mərkəzlərinə müraciət etməklə pulsuz xidmət ala bilər. Bakı üzrə isə bu xidmət 6 universitetdə fəaliyyət göstərir. 
 
Mələykə Abbaszadə özünə təhsil eksperti deyənlərin də fəaliyyətinə münasibət bildirib. 
 
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda təhsil ekspertlərinin fəaliyyətini tənqid edib.
 
"Ekspertin hər hansı sahə üzrə 10-15 il fəaliyyəti olmalıdır. 5 il fəaliyyət göstəribsə, bu sahədə elmi məqalələri yoxdursa, elmi konfranslarda çıxış etməyibsə, özünü təhsil eksperti kimi təqdim edə bilməz. Elə şəxslər yalnız özü-özünü təhsil eksperti adlanıda bilər. Mən də özümü metallurgiya üzrə ekspert kimi təqdim edim. Bu, gülməli səslənəcək, çünki mən ömrümdə metallurgiya ilə məşğul olmamışam. Mən özümü belə təqdim etməklə ekspertə çevrilmirəm axı, məsələ ondadır. Müəyyən sahələr var ki, orada özlərini kiçik biznes quran şəxslər kimi elan etsəydilər, daha düzgün olardı. Ekspert sözü məsuliyyət tələb edir", Abbaszadə bildirib. 
 
 
Gülnar Nazimqızı 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol