Deputat oğlunun Londondakı şirkətinin aktivləri 4,8 milyona çatdı

Millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan "Ugano Limited” adlı şirkət ötən il üçün maliyyə hesabatını açıqlayıb.
1989-cu il təvəllüdlü Orxan Quluzadənin rəhbərlik etdiyi "Ugano Limited”in aktivləri son bir ildə 1,82 milyon funt-sterlinq (3, 69 milyon manat) artaraq 2,78 milyon funt-sterlinqə (4,8 milyon manat) yüksəlib. Şirkətin aktivləri ilə bərabər öhdəlikəri də artıb. Belə ki, son bir ildə "Ugano Limited”in öhdəliyi 1,16 milyon funt-sterlinq artaraq 2,23 milyon funt-sterlinqə (3,8 milyon manat) çatıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























