• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini yanğına görə Siyəzənə gedib

Nazir müavini yanğına görə Siyəzənə gedib
20.08.2022 13:36
Siyəzən rayonunun Dağ Quşçu kəndindəki meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.
 
Yanğın kəndin mürəkkəb relyefli dağlıq ərazisində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 300 canlı qüvvəsi, 5 ədəd yanğınsöndürmə avtomobili, Aviasiya dəstəsinin "BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib.

FHN-in yanğınsöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlib. O, müvafiq göstəriş və tapşırıqlarını verir.

Bildirilib ki, kəndin təxminən 40 hektara yaxın ərazisində yanğın baş verib və hazırda tədbirlər aparılır.

Siyəzən rayonunun Dağ Quşçu kəndinin meşəlik ərazidəki yanğın avqustun 19-u axşam saatlarından başlayıb.(report.az) 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol