• $
  • €
  • ₽
  • ₺
  • £

“Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!” şüarı səsləndirilən aksiya keçirilib

“Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!”  şüarı səsləndirilən aksiya keçirilib
24.08.2022 13:35
Bu gün, avqustun 24-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Bakıda Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirib. 

Aksiya iştirakçıları Ədliyyə Nazirliyinin sözügedən partiyanı qeydiyyata almamasından narazıdır.

Aksiyada iştirakçılar nazirliyi qanunlara əməl etməyə, əsassız əngəllər yaratmamağa çağırıb.
 
Aksiyada "Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!” şüarları səsləndirilib.
 
2021-ci il noyabrın 11-də  qeydiyyat sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.  Bu ilin fevralında Ədliyyə nazirliyi  Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmasından imtina edib. Nazirlik  partiyanın qeydə alınmasını təqdim edilmiş sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrinin imzası olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmamasını göstərir.  Partiyanın məlumatında isə nazilriyin bu iddiasının əsassız olduğunu, bütün məlumatların qeydiyyat üçün verilmiş sənədlərdə əksini tapdığı bildirilir. Partiya bildirir ki, bu əsassız iradlarla nazirlik sadəcə partiyanı qeydə almamaq üçün əsas göstərmək istəyir.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 21 fevral 2015-ci ildə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb. 2021-ci ilin oktaybrında keçirilmiş təsis qurultayında partiya elan edilib. Partiyanın sədri iqtisad elmləri doktoru Qubad İbadoğludur.
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol