BDU-da çalışan deputatlar və yüksək vəzifəli şəxslər işdən çıxarılıb? - AÇIQLAMA

Bakı Dövlət Universiteti (BDU) adıçəkilən təhsil müəssisəsində bəzi professor və müəllim heyətinin müəllim heyətinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.
Universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyev bildirib ki, professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir.
Yerli KİV-də BDU-da çalışan bir sıra tanınmış vəzifə sahiblərinin və deputatların işdən uzaqlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. Məlumatlara əsasən, BDU-dan uzaqlaşdırılan şəxslər arasında sabiq təhsil naziri Misir Mərdanov, Dövlət Miqrasiya Xidmətinin idarə rəisi general Rza Talıbov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları Hicran Hüseynova, Rəfael Hüseynov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və digərlərinin adı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Son xəbərlər 
Daha çox 






















