• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı partiyalar hesabat verməyib? - SİYAHI

Hansı partiyalar hesabat verməyib? - SİYAHI
30.08.2022 10:18
Azərbaycanda fəaliyyət göstərən 10 siyasi partiya ötən ilin maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

2022-ci ilin 8 ayı geridə qalsa da, cəmi 48 partiya hesabatını MSK-ya göndərib, yerdə qalan 10 partiyadan isə hələ xəbər yoxdur. 
 
Hesabat verən partiyaların siyahısı:
 
Yeni Azərbaycan Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Ümid Partiyası
Müsavat Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Milli Cəbhə Partiyası (MCP)
"Milli Vəhdət” Partiyası 
Böyük Azərbaycan Partiyası 
"Qorqud” Partiyası 
Böyük Quruluş Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Müasir Musavat Partiyası 
Azərbaycan Xalq Partiyası 
Vətəndaş və İnkişaf Partiyası
Müstəqil Xalq Partiyası (MXP)
"Ana Vətən” Partiyası (AVP)
Demokratik İslahatlar Partiyası
Azərbaycan Tərəqqi Partiyası 
Vətəndaş Həmrəyliyi Partiyası
"Ədalət” Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası 
Azərbaycan Liberal Partiyası 
Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 
Azərbaycan Respublikaçılar Partiyası 
Milli Həmrəylik Partiyası (MHP)
Aydınlar Partiyası
Cümhuriyyət Xalq Partiyası (CXP) 
Azərbaycan Kommunist Partiyası 
Azərbaycan Təkamül Partiyası 
"Birlik” Partiyası 
Azərbaycan Sosial Demokrat Partiyası 
Ağ Partiyası (AĞP) 
Milli Konqres Partiyası 
Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 
Vəhdət Partiyası
Yeni Zaman Partiyası (YZP)
Respublikaçı Alternativ (REAL) Partiyası
Azərbaycan Milli Demokrat Partiyası 
Milli Demokrat İdrak Partiyası 
Vətəndaş Birliyi Partiyası 
Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Azad Respublikaçılar Partiyası 
Gələcək Azərbaycan Partiyası (GAP) 
Klassik Xalq Cəbhəsi Partiyası 
Azərbaycan Demokrat Partiyası 
Azad Demokratlar Partiyası (AzDP) 
"Azərbaycan Mübarizləri” Partiyası 
 
Vahid Azərbaycan Milli Birlik Partiyası
 
Hesabat verməyən partiyaların siyahısı
 
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
Müstəqil Azərbaycan Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Vətənpərvərlər Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Azadlıq Partiyası
Haqq Ədalət Partiyası (HƏP)
Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)
 
Qanunvericiliyə uyğun olaraq, cari ilin yanvarın 1-də başlayan proses aprelin 1-də yekunlaşıb. Bəzi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etməyiblər. MSK prosedura uyğun olaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. 
 
Qaydalara əsasən, il ərzində oktyabrının 1-dək yeni yaradılan siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-nə qədər olan dövrü əhatə edir. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-nə qədərki dövrü əhatə etməlidir.
 
Beləliklə, 2021-ci il oktyabrında qeydiyyata alınmış Haqq Ədalət Partiyası (HƏP) və Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) oktyabr-dekabr aylarına aid maliyyə hesabatını təqdim etməlidirlər.(modern.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol