• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil alan 22 nəfərin diplomu tanınmadı

Xaricdə təhsil alan 22 nəfərin diplomu tanınmadı
30.08.2022 16:33
2022-ci lin avqustunda Təhsildə Kefiyyət Təminat Agentliyinə müraciət edən 200 nəfərin 22-sinin diplomu tanınmayıb. Bu barədə agentliyin rəsmi saytında məlumat yerləşdirilib.

Həmin məlumata görə müraciət edən 178 nəfər barəsində müsbət qərar çıxarılıb.

İmtina alan şəxslərin təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 6, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, digər səbəblər üzrə 5 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.

Müraciət edənlərin 81 Türkiyə, 63-ü Rusiya, 22-si Ukrayna, 9 Böyük Britaniya və Şimali İrlandiya, 6-sı Gürcüstan, 19 nəfəri isə digər ölkələrdə təhsil almaq üçün müraciət edən tələbələr olub.

Təhsil alanların ixtisaslarına görə isə 27-si tibb, 16-si hüquqşünaslıq, 11-I iqtisadiyyat, 10-u biznesin idarə edilməsi,  digər 10- u isə stomatologiya ixtisası üzrə qeydiyyata alınıb.
 
Təhsil eksperti Kamran Əsədov bildirir ki,  tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır.
 
Ekspert hesab edir ki, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün ərzində qalmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur. 
 
 Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol