• $
  • €
  • ₽
  • ₺
  • £

Düş, söhbət edək, maykada maşın sürərlər? - VİDEO

Düş, söhbət edək, maykada maşın sürərlər? - VİDEO
30.08.2022 16:58
Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri yayılıb.
 
Görüntülərdə sürücü polis əməkdaşının onu səbəbsiz yerə saxladığını və yoxlanışın qanunsuz olduğunu iddia edir. İnspektor Malik Qasımov isə sürücünü çəkiliş etməkdə günahlandıraraq kameranı söndürməsini tələb edir, ona maşından aşağı düşərək söhbət etməyi təklif edir.
 
"Mən dövlətin polisiyəm. Sən dövlətin polisi ilə məzələnəsi adam deyilsən, kişi o hərəkəti eləmir, video çəkmir. Gecə siz yatırsız, biz xidmət aparırıq. Mən sənə yaraşdırmaram elə çəkəsən. 21 ildir yollardayam, sənin yaşın qədər stajım var, düş aşağı gəl söhbət edək. Sənin polislə problemin var? Maykada maşın sürərlər? Səni sutka gözləyir, polis kapitanı ilə məzələnirsən. Get vətən uğrunda döyüş deyim, hə, gəlib video çəkirsən, ayıbdır, yekə kişisən”, - o deyib.

Əlini maşının qapısı üzərinə qoyub açmağa cəhd edən polis əməkdaşı hadisə yerinə əlavə naryad dəvət edilməsini də təklif edib. 

Sürücü isə polisə danışıq tərzini irad tutaraq, gecə xidmət aparmağın onların vəzifə borcu olduğunu xatırladıb.
 
"Maşını tərk etmirəm. Öz avtomobilimdir, istəsəm maykasız da sürərəm. Gecə xidmət aparmaq sizin vəzifə borcunuzdur", - sürücü deyib.

Daha sonra maşına yaxınlaşan polis kapitanı Elnur İsgəndərov sürücüyə arxa işığının yanmadığını irad tutub və eyni zamanda onun alkotestdən keçməsi üçün cihaza üfürməsini istəyib. Sürücü isə "mən içkili deyiləm, sözümə inanmırsan?" cavabını verib.

Mübahisənin sonunda sürücü cihaza üfürüb və onun içkili olmadığı bəlli olub.
 

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, mayor Araz Əsgərli "Qafqazinfo”ya bildirib ki, yol polisinin xüsusilə gecə saatlarında, istirahət və əyləncə mərkəzlərinin və ya sürücülərin sərxoş halda avtomobil idarə etməsi ilə bağlı ehtimal olunan yerlərdə seçmə üsulu ilə nəzarət profilaktiki qaydada sərxoşluq müayinəsi aparması tam qanunidir və beynəlxalq praktikada bu proses eyni formada icra olunur.
 
"DİN öz fəaliyyətini aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun şəkildə qurur. Yol polisinin vətəndaşa "sizin avtomobilinizi sərxoşluğun yoxlanılması üçün saxlamışıq” deməsi kifayətdir. Sürücünün videoçəkiliş etməsində qəbahət yoxdur və qanunidir. Əməkdaşların sürücü ilə danışıqlarına gəlincə, düzdür, burada lüzumsuz dialoq var və buna görə də aidiyyətı üzrə xidməti araşdırma aparılır. Həmin əməkdaşlar barəsində qanuni tədbir görüləcək. Gəlin hamımız hüquqlarımızı və vəzifələrimizi düzgün şəkildə qiymətləndirək, qaydalara hörmətlə yanaşaq, etik çərçivədən uzaqlaşmayaq. Bir-birimizin qarşısındakı üstünlüyümüz məsuliyyətli olmağımızla, qanunların aliliyi prinsiplərinə əməl etməyimizlə ölçülsə, cəmiyyət üçün daha faydalı olar”, - o deyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol